"Cənubi Qafqazda kommunikasiyaların açılması üçün səy göstərilir" - Rusiya Baş nazirinin müavini

489 16-12-2021, 12:34 cemiyyet

"Cənubi Qafqazda kommunikasiyaların açılması üçün səy göstərilir" - Rusiya Baş nazirinin müavini"Cənubi Qafqaz regionunda yolların açılması istiqamətində hərtərəfli işlər görülür".

“Report” xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk ADA Universitetində Azərbaycan-Rusiya iqtisadi münasibətlərinin perspektivlərinə həsr olunan konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, indi Avropa iqtisadi birliyi vahid istehsalat və mal nəqli sisteminin qurulduğu ayrıca makroregiona çevrilir.

O bildirib ki, MDB ölkələrinin hər birinin iqtisadi inkişaf sürəti onun yerli xüsusiyyətindən asılıdır.

XƏBƏR LENTİ