Heç bir tədbir görülməsə, 2022-ci ilin ilk rübündən sonra bir dollar 17 türk lirəsi təşkil edəcək.
Xeberdar.net-in məlumatına görə, bunu türkiyəli ekspert Evrən Devrim deyib.
"Məzənnə artımına səbəb olan mexanizm həm bizim inflyasiyanın artması, həm də FES-in faiz siyasəti ilə formalaşır. Bunlara əlavə olaraq sizə desəm ki, məzənnə inflyasiyaya görə qalxacaq.
Türkiyədə inflyasiya səviyyəsinin 2022-ci ilin ilk rübündə 40 faizə qədər azalacağını söyləyə bilərik. Məzənnənin son enişinin inflyasiyanın 60-70 faizə çatmasının qarşısını aldığını, lakin qiymətlərin ümumi səviyyəsinin qarşıdakı dövrdə də vətəndaşları narahat edəcək səviyyədə qalacağını gözləyirik", - Devrim qeyd edib.
Xeberdar.net