Sumqayıtda xəstəxanada başlamış yanğın söndürülüb - YENİLƏNİB

538 7-01-2022, 20:30 hadise

Sumqayıtda xəstəxanada başlamış yanğın söndürülüb - YENİLƏNİBSumqayıtda xəstəxanada baş vermiş yanğın söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər verib.

Məlumata görə, yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.

19:55

Sumqayıtda xəstəxanada yanğın başlayıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində xəstəxana binasında yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğının söndürülməsi digər zəruri tədbirlərin görülməsi istiqamətində işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

XƏBƏR LENTİ