Bir neçə qurum bilikdə 65 toyun monitorinqini həyata keçirib- 4 nəfər cərimələnib

599 18-01-2022, 09:40 kriminal

Bir neçə qurum bilikdə 65 toyun monitorinqini həyata keçirib- 4 nəfər cərimələnibYanvarın 17-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 65 toy şənliyinin monitorinqini həyata keçirib. Bu barədə xeberdar.net-ə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Məlumata əsasən monitorinq 62 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
- 4 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
- 12 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Xeberdar.net

XƏBƏR LENTİ