Səfir: “İran, Türkmənistan və Azərbaycanla bağlı yeni təkliflər olub”

511 10-02-2022, 12:57 dunya

Səfir: “İran, Türkmənistan və Azərbaycanla bağlı yeni təkliflər olub”İran, Türkmənistan və Azərbaycan arasında qaz mübadiləsinin artırılması təklifləri olub və bu istiqamətdə müzakirələr aidiyyəti qurumlar tərəfindən davamlı olaraq aparılır.

Bunu Azərbaycanın İran İslam Respublikasındakı səfiri Əli Əlizadənin İranın "İRİB" xəbər agentliyinə müsahibəsində bildirib.

Ə. Əlizadə bildirib ki, bu layihənin perspektivi uğurlu görünür: "Qaz sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsi ilə bağlı yeni təşəbbüslər də var və dəyərləndirmələr aparılır”.

Onun sözlərinə görə, qaz mübadiləsi layihəsi İranın yeni höküməti ilə qısa müddətdə hazırlayaraq imzaladığımız və icrasına başladığımız ilk böyük və səmərəli layihədir: "Bu layihə hər üç tərəfə fayda verməklə yanaşı, eyni zamanda üçtərəfli və regional əməkdaşlığa da öz tövhəsini verəcək".

Xatırladaq ki, 2021-ci ilin noyabrın 28-də Aşqabadda İran, Azərbaycan və Türkmənistan arasında qaz mübadiləsinə dair üçtərəfli saziş imzalanıb. İmzalanma mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi iştirak edib.

Müqaviləyə əsasən, Türkmənistandan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetrədək qaz göndəriləcək.

Müqavilənin icrasına bu ilin yanvar ayından başlayıb.

Xeberdar.net

XƏBƏR LENTİ