Gürcüstan Ermənistan məhsuluna qoyduğu tranzit qadağasını əsaslandırıb

484 10-02-2022, 13:42 dunya

Gürcüstan Ermənistan məhsuluna qoyduğu tranzit qadağasını əsaslandırıb“Gürcüstanda 20-yə yaxın müxtəlif qida məhsulu patentləşdirilib. Bu məhsullara çaça, çurçxela, müxtəlif pendir növləri və matsoni daxildir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Kənd Təsərrüfatı və Ətraf Mühitin Mühafizəsi Nazirliyinin Qida və kəndlərin inkişafı Departamentinin rəhbəri Tengiz Kalandadze “İmedi” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, həmin qida məhsullarının hətta adlarına bənzər adların istifadəsi qadağandır: “Bu səbəbdən Ermənistanda istehsal olunan matsun məhsulunun tranzitinə qadağa qoyulub. Müəyyən vaxtdan sonra Ermənistanın Kənd Təsərrüfatı Nazirliyindən bizimlə əlaqə saxlanıldı. Söhbət zamanı biz məsələni izah etdik və qarşı tərəf razılaşdı. Bundan sonra bu cür fakt təkrarlanmadı”.

Məsələyə Gürcüstanın Milli Əqli Mülkiyyət Mərkəzinin (“Sakpatenti”) sədr müavini Nino Çikovani də münasibət bildirib. O deyib ki, ölkədə coğrafi göstərici kimi qeydiyyata alınmış qida məhsulu adlarından birbaşa və ya bilavasitə, həmçinin ona bənzər simvoldan da itifadə qadağandır.

Gürcüstanın Sənaye və Ticarət Palatasının direktor müavini Maqda Bolotaşvili öz növbəsində deyib ki, dövlət matsoninin Gürcüstan məhsulu kimi mövqeləndirilməsi üçün çoxlu resurs sərf edir. O qeyd edib ki, gürcüstanlı sahibkarlar da bu istiqamətdə inadlı fəaliyyət göstərir.

Xatırladaq ki, Gürcüstan Ermənistanda istehsal olunan matsun məhsulunun öz ərazisi vasitəsilə Rusiyaya tranzitinə qadağa qoyub. Səbəb məhsulun adının gürcü məhsulu olan matsoni ilə bənzərliyidir. Qadağadan sonra Ermənistan süd məhsulunu “erməni dağ yoqurtu” adı altında tranzit etməyə məcbur olub.

XƏBƏR LENTİ