Rusiyanın Ukraynaya hücumu bu ölkədəki 7,5 milyon uşağın həyatı üçün də təhlükə yaradır.
Müharibə başlayandan bu günə qədər Ukraynanı aralarında minlərlə uşaq olmaqla 2 milyondan çox insan tərk edib.
UNICEF-in bəyanatına görə, bölgədə ən azı 37 uşaq həlak olub, 50 uşaq yaralanıb.
7,5 milyon uşaq arasında məktəbəqədər və orta məktəb yaşlarında 5,7 milyon uşağın təhsili yarımçıq qalıb.
Bu uşaqların getdikləri ölkələrdə təhsilə və sosial həyata inteqrasiyası çətin olmaqla yanaşı eyni zamanda uyğunlaşmaları uzun illər alacaq.
Yarısı əlil olan 100 minə yaxın uşaq da Ukraynada uşaq evlərində və ya məktəblərdə yaşayırdı. Onlar da müxtəlif ölkələrə aparılıb. Amma xarici ölkədə onların qayğısına qalmaq üçün ən vacib elementlərdən biri olan ünsiyyət çətinliyi onlar üçün də əlavə problemlər yaradacaq.
Mənbə: TRT haber
hazırladı: Mirzə li