Rusiyada naməlum şəxslər hərbi komissarlıq binalarını yandırır

637 4-05-2022, 10:39 dunya

Rusiyada naməlum şəxslər hərbi komissarlıq binalarını yandırırRusiyanın hər yerində naməlum şəxslər hərbi komissarlıqların binalarını yandırmağa başlayıblar.

"Unikal" xəbər verir ki, bunu Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

O qeyd edib ki, bu günə qədər onlarla hadisə məlumdur: "Bilirsiniz ki, hazırda Rusiya Federasiyasının hər yerində hərbi komissarlıqlar yanır. Əslində, artıq onlarla belə hal var".

Müşavir bildirib ki, bu cür hərəkətlər Rusiya Federasiyasında səfərbərliyi pozmaq üçün edilir.


Xeberdar.net