Sumqayıtda zavodda qaz balonu partladı: ÖLƏN VAR

Sumqayıtda zavodda qaz balonu partladı: ÖLƏN VARSumqayıtda zavodda qaz balonu partlayıb, ölən var.

Bu barədə Musavat.com-a Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, mayın 4-ü saat 15 radələrində şəhər ərazisində yerləşən metaləritmə zavodunda qaynaqçı işləyən 1990-cı il təvəllüdlü Sərxan Hümmətovun iş yerində xəsarət alması və aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, Sərxan Hümmətov zavodda qaynaq işləri görərəkən propan qaz balonunun partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və çatdırıldığı xəstəxanada ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Sumqayıtda zavodda qaz balonu partladı: ÖLƏN VAR

  • 5-05-2022, 10:28
  • 341


Oxşar mövzular
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI