YARDIM HƏMİŞƏ MADDİ OLA BİLMƏZ

4 153 7-05-2022, 22:17 siyaset / cemiyyet

YARDIM HƏMİŞƏ MADDİ OLA BİLMƏZHər bir insan üçün milli mənsubiyyəti onun ¬qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, ¬adət-ənənələrini yaşatmalıyıq.

YARDIM HƏMİŞƏ MADDİ OLA BİLMƏZ
Heydər ƏLİYEV,
Ümummilli lider

Xeyirxahlıq — insan insanın dostu, yoldaşı və qardaşıdır. Xeyirxahlıq insanlar arasındakı münasibətlərdə təzahür edir, təmənnasız, heç bir əvəz ummadan edilən yaxşılıq kimi meydana çıxır.
Həyata, ətrafımıza nəzər salsaq, hər şeyin qoşa yaradıldığının şahidi olarıq: isti-soyuq, hündür-alçaq, gecə-gündüz, güclü-zəif, zəngin-yoxsul. Görürük ki, Allah (c.c) birisinə göz vermiş, başqasını kor yaratmışdır; biri sağlam, digəri xəstə, yaxud əlildir.
İlk baxışdan insan buna təəccüblənir: nə üçün Allah hamını bərabər yaratmamışdır? Kimlərsə: – “Nə üçün bu bölgüdə hamıya eyni pay düşmür?” – deyə düşünə bilər. Bu sualın cavabını çox vaxt belə verirlər: “Ruzi məsələsində Allah birini digərindən üstün qılmışdır”. Bəzən insanlar səbrsiz, yaxud Allaha inamları zəif olduğundan, Allahın sifətlərini yaxşı bilmədiklərindən bu cür düşünə bilirlər. Halbuki, həmin insanlar ətraflarına diqqət etsələr, görərlər ki, Allah hamıya ruzini bol-bol verir. Kimisinə uşaqlığında, kimisinə gəncliyində, kimisinə qocalığında. Ruzi təkcə mal, mülk, yemək, içmək deyildir. Allah kimisinə çoxlu mal, mülk verir, digərinə gözəl, tərbiyəli övlad, başqa birisinə qiymətli qonşular, qohum və s. verir.
Əgər insanlar hamısı bərabər yaradılsaydılar, onların bir-birinə yardım etmə ehtiyacı olmaz, o zaman da insanlar arasında heç bir əlaqə olmaz, insan toplum, cəmiyyət halında yaşaya bilməzdi. Bütün bunlar bir sınaqdır...
İnsan insanların kədərlərini onlarla birlikdə ağlayıb-sızlamaqla deyil, yardım və qayğılarla bölüşməlidir. ( Epikür: Qədim Yunan filosofu )

-Şəfəq xanım kimdir, fəaliyyəti nədən ibarətdir?
YARDIM HƏMİŞƏ MADDİ OLA BİLMƏZ

ŞƏFƏQ EMİNOVA

28.03.1975-ci ildə Bakı şəhərində Qoç bürcü altında doğulmuşdur. Xoşbəxt və qayğısız uşaqlıq illərini 192 saylı orta məktəbdə keçirib elmin sirlərinə sahiblənən Şəfəq xanım, insanlara, Vətənə məhəbbətin necə ifadə olunduğunu da burada öyrənmişdir. Şəfəq xanım filologiya, beynəlxalq hüquq və diplomatiya ixtisasları üzrə ali təhsil almışdır. Azərbaycan Respublikasının qanunvericilik hakimiyyətində, deputat Telman Əliyevin yanında köməkçi vəzifələrində çalışıb. 2003-cü ildə İsveçdə yaşamaq üçün köçüb. Əsas qayəsi – "xilasedici", -NƏYİN BAHASINA OLURSA-OLSUN insanlara kömək etməkdir.

-Fərqli bir mühütdə böyümüş Şəfəq xanım, İsveçin ictimai-siyasi həyatında və ya İsveçin ictimai-siyasi mənzərəsinin Şəfəq xanımın həyatında rolu.
Bəli. Azərbaycanda doğulub boya-başa çatan və ictimai-siyasi arenada ilk addımlarını öz doğma diyarında atan Şəfəq xanım, sonradan ana Vətənindən çox uzaqlarda yaşamaq məcburiyyətində qalacaq.
İcveç və Azərbaycan. Fərqli ölkələr.
Sualın İsveçin ictimai-siyasi həyatında Şəfəq xanımın rolu hissəsi haqqında onu deyə bilərəm ki, müqayisə olunmaz dərəcə. Digər hissə üçün deyə bilərəm ki, fərqli mühit siyasi biliyin artırılmasına və təcrübi faydalara səbəb olur.

-Xaricdə yaşayan azərbaycanlılarla ictimai-siyasi, mədəni əlaqələrin koordinasiya olunması üçün diaspora təşkilatları fəaliyyət göstərir. İsveçdəki bu fəaliyyəti necə qiymətləndirərsiniz?

Ümummilli lider Heydər Əliyev demişdir: “Hər bir insan üçün milli mənsubiyyəti onun ¬qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, ¬adət-ənənələrini yaşatmalıyıq.
Prezident İlham Əliyevin dünya azərbaycanlılarının II qurultayında (mart 2006) demişdir: “Biz hər istiqamətdə çox sürətlə, düşünülmüş proqram və konsepsiya əsasında irəliləyirik. Bu işdə Azərbaycan diasporunun böyük rolu var. Mən istəyirəm ki, həm Azərbaycanın dünyada təbliğ edilməsində, Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılmasında, azərbaycanlıların yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirakında bu rol daha da güclü olsun. Bu, bizim mövqelərimizi möhkəmləndirir. Biz 50 milyonuq. Bu, dünya miqyasında böyük xalqdır. Çalışmalıyıq ki, doğma Vətənimizi möhkəmləndirək, zənginləşdirək, qüdrətli dövlətə çevirək”.
Azərbaycanın və milli-mənəvi irs olaraq azərbaycançılıq ideyasının dünyaya tanıdılması istiqamətdə dövlət qurumları ilə yanaşı, qeyri-dövlət xəttilə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın da gördüyü işlər Azərbaycan mədəniyyətinin, tarixinin təbliğinə böyük töhfədir, ölkəmizin beynəlxalq nüfuzuna xidmət edir.
İsveçdə yaşayan azərbaycanlılar istər fərdi olsun istərsə də təşkilati baxımdan fəaliyyətlərini bu ideyalara uyğun olaraq qurmağa çalışırlar.

-İsveçdən Azərbaycan necə görünür? Oxucularımıza nə demək istərdiniz?
YARDIM HƏMİŞƏ MADDİ OLA BİLMƏZ
İsveçdən Azərbaycan necə görünür? Sizə bir bənzətmə verim. İnsan aynaya baxmaq istədikdə nə qədər yaxın olsa özünü tam şəkildə görə bilmir. Azərbaycanın içindı dı onu inkişafını və tərəqqisini görmək çətin olur. Uzaqdan tam şəkildə görmək çox asandır...
Oxucularınıza ilk öncə təşəkkürümü bildirib, ürək sözümü dahi şairimiz Məmməd Arazın dili ilə demək istəyirəm:

Azərbaycan mayası nur,
qayəsi nur ki...
Hər daşından alov dilli
ox ola bilər.
"Azərbaycan!" deyiləndə
ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər.


Eçin ŞÜKÜR

Xeberdar.net

XƏBƏR LENTİ