Rusiyanın daha bir qırıcısı MƏHV EDİLDİ

Rusiyanın daha bir qırıcısı MƏHV EDİLDİ“Ukrayna Silahlı Qüvvələri Quru Qoşunları və Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə bölmələri düşmənin beş hava hədəfini, bir “Su-25” təyyarəsini, 3 əməliyyat-taktiki PUA-sını və bir qanadlı raketini məhv edib”.

Redaktor.az-ın məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Qeyd olunub ki, Bessarabiya istiqamətində Rusiya strateji təyyarələrinin raket zərbəsi nəticəsində Odessa vilayətinin Belqorod-Dnestr rayonunda mülki infrastruktur obyektlərinə zərər dəyib, şəxsi evlər dağılıb.

Məlumata görə, Qara dənizdə İlan adası yaxınlığında, Rusiyanın desant gəmisinin məhv edildiyi yerdə axtarış və xilasetmə əməliyyatları aparılır:

"Hərbi Hava Qüvvələrinin zərbə aviasiyası müəyyən istiqamətlərdə düşmənə havadan atəş açmağa və qoşunlarımızın bölmələrinin döyüşlərinə dəstək verməyə davam edib".

Bildirilib ki, son 24 saatda Rusiya qoşunlarının Donetsk və Luqanskda düşmənin 11 yerüstü hücumu dəf edilib, beş tankı, bir “TOR” zenit-raket kompleksi, altı artilleriya sistemi, on iki ədəd zirehli döyüş maşını və bir avtomobil texnikası məhv edilib.

Məlumata görə, düşmənin ötən gün ərzində ümumi itkilərinin sayı dəqiqləşdirilir, bu barədə ayrıca hesabat dərc olunacaq.

Rusiyanın daha bir qırıcısı MƏHV EDİLDİ

  • 17-05-2022, 11:39
  • 299


Oxşar mövzular
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI