Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi- yoxsa dələduzlar məskəni

538 17-05-2022, 13:47 cemiyyet

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi- yoxsa dələduzlar məskəniAzərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi var. Əslində bu nazirliyin adını dəyişmək lazımdır, çünki Sahil Babayev nazir təyin ediləndən nəinki insanların sosial müadafiəsi qorunur əksinə təqaüdü və sosail müavinəti kəsilir, pensiya yaşı günü-gündən artırılır. Bu nazirliyin əməkdaşları da dələduzluqla məşğuldurlar.
Xeberdar.net xəbər verir ki, “Aktualxeber.az”-a müraciət edən Quliyev Xəyal adlı oxucumuz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Səbuhi Əliyevdən şikayıtçi olduğunu bildirib. Belə ki, Səbuhi Əliyev 100 minlik maşın alanda X.Quliyevdən 40 min manat borc alıb. Və bu pulu xırda-xırda qaytarmaqla onun dəyərinin düşməsinə səbəbkar olub. Digər tərəfdən, qalan borcu da dediyinə görə, nazir Sahil Babayevin köməkliyi ilə hansısa Notariat Kontoruna rəis keçəndən sonra qaytaracaq.
Mikrofon görən kimi qaçıb guya rəhbərlik etdiyi nazirliyin insanlardan rüşvət alan işçilərini işdən qovmasıl ilə ağzı köpüklənə-köpüklənə danışan Sahil Babayev elə qulağılnın dibindəcə, yəni nazirliyin binasında 3-cü mərtəbədə oturan Səbuhi Əliyevin nə oyunlardan çıxmasında həqiqətənmi xəbəri yoxdur? Məgər ona şöbə müdirinin 100 minlik maşınla işə gəlib getməsini xəbər verməyiblər? Yoxsa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçilərinin 100 minlik avtomobildə gəzməsi Sahil Babayev üçün adi haldır.
Belə olur ki, onun rəhbərlik etdiyi qurumdakı korrupsiya faktları barədə məlumatları tez-tez mətbuatdan oxuyuruq.
Ümumiyyətlə, bu nazirliyin reklam üçün sadəcə adı var. İndiyədək bu nazirliyə rəhbərlik edənlər həmişə öz pis əməlləri ilə yadda qalıblar, sanki bu nazirliyə Dərviş Məstəli Şah bəd dua edib.
Vaxtilə bu nazirliyin başında Əli Nağıyev dayanırdı.
O da Qarabağ qazilərinin işsizlik problemi ilə bağlı sual veriləndə “Sumqayıtda 10 dənə çəkməçi, ayyaqabı təmizləyən budka açmışıq gedib orada işləsinlər” deməyi ilə yadda qaldı…
Bəli, Sahil Babayevin sələfi olan nazir üçün Qarabağ qazisi çəkməçi budkasında işləməli idi…
Bu gün həmin ənənəni Sahil Babayev davam etdirir.
Sahil Babayev nazir olandan bəri insanların son ümid yeri olan müavinətlərini, təqaüdlərini kəsir, onları çörək pulundan da məhrum edir.
Sahil Babayev məşğulluq adı altında dövlətin ayırdığı milyonları silir, mənimsəyir və vətən uğrunda canından keçən Qarabağ qazisinə 3 xəstə inək verir…Ki, ailəsini dolandırsın.
Bəli, sosial müdafiə naziri və 3 xəstə inək.
Təsəvvür edirsiniz, qazi , iki dəfə belindən əməliyyat olunub və ona dövlətdən dəstək verilməyib. Daha sonra Dövlət Sosial Müdafiə Fonduna müraciət edib, sosial yardım istəyib, bu istəyi də ürəyində qalıb. Ancaq qazi Məşğulluq Mərkəzinə yönləndirilib. Burada özünüməşğulluq proqramına əsasən Qarabağ qazisinə dəyəri 4 min manat olan üç baş xəstə heyvan verilib, akta qol çəkdirilib. Amma hər üç inəyin xəstə olduğu üzə çıxıb.
4 min manata 3 xəstə inək….
Qazi deyir ki, 3 xəstə inəyin əvəzinə 1 sağlam inək versəydilər, bundan yaxşı idi…
Bu məsələdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli də Sahil Babayevə dəstək olur, xəstə inəklərə “sağlamlıq pasportu” verir.
Belə olan surətdə Sahi Babayevin şöbə müdiri təbii ki, 100 minlik maşında gəzəcək.

Sözün qısası, Sahil Babayev imkansız əhalinin deyil, özünün, ailəsinin və nazriliyiə doldurduğu Səbuhi Əliyev kimi dələduzların sosial müdafiəsi naziridir.

Bir müddət əvvəl siyasi fəal Bəxtiyar Hacıyevin Sahil Babayevin korrupsiya əməllərinin ifşası onun yadından çıxsa da, bizim yadımızdadır.
B.Hacıyevin nazirin bir fəhlənin adına açdığı şirkət vasitəsilə Dünya Bankından alınan pullar haqqında yazdığı qeydlərdə deyilir:

“Sahil Babayev nazir təyin olunandan 2 ay sonra öz kabinetini təmir edən fəhlənin adına açdığı deyilən “Aznest” və “Aqrikon” şirkətləri Dünya Bankından götürülmüş 100 milyon dollarlıq kredit hesabına keçirilən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində 17 milyon dollar, dövlət büdcəsindən isə on milyonlarla dollarlıq tenderlər udub.”

Ona görə də, Sahil Babayev hər gün efirdə guya büdcəyə 100 milyon manat pulun qaytarılması ilə fəxrlə danışmasın. O bu pulu insanların halal pensiyasını kəsməklə, onları bu təqaüdü almaq üçün illərlə süründürülməçiliyə məruz qoymaqla büdcəyə qaytarıb. Getsin, Səbuhi Əliyev kimi öz dələduz işçilərinin 100 minlik maşını necə almaları ilə maraqlansın!

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!

XƏBƏR LENTİ