BAAU-nun təmsilçiləri Stokholmda keçirilən seminarda iştirak edirlər - FOTOLAR

606 17-05-2022, 17:32 cemiyyet

BAAU-nun təmsilçiləri Stokholmda keçirilən seminarda iştirak edirlər - FOTOLAR

Azərbaycanın bir sıra universitetlərinin rəhbərliyində təmsil olunan şəxslər İsveçdə təcrübə mübadiləsində iştirak edirlər. Sözügedən tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi, ölkəmizin 15 universitetinin təmsilçisi iştirak edir. Bakı Avrasiya Universitetini Elmi işlər üzrə prorektor, professor Gülzar İbrahimova və kafedra müdiri, dosent Sevda Rzayeva təmsil edirlər.
Mayın 16-dan 20-dək davam edəcək tədbirlərdə “Ali təhsil sisteminin inkişafında rektorlar konfransının rolu” adı altında seminarlar keçiriləcək. Rektorlar konfransının yaradılması və ali təhsilin inkişaf etdirilməsi üçün Avropa təcrübəsinin öyrənilməsinə həsr edilən seminara İsveçin nüfuzlu univeristetlərindən biri olan Kral Texnologiya Universiteti ev sahibliyi edir.
BAAU-nun təmsilçiləri Stokholmda keçirilən seminarda iştirak edirlər - FOTOLAR

Tədbirdə İsveç, Litva, Finlandiya və Polşa Rektorlar Konfransının səlahiyyətli nümayəndələrinin, Kral Texnologiya Universitetinin, Stokholm Universitetinin və Haaga-Helia Tətbiqi Elmlər Universitetinin rektorlarının iştirakı nəzərdə tutulub. Həmçinin seminarın növbəti günlərində Avropa Universitetlər Birliyinin Baş katibinin müavini Monika Steinelin “Sərhədsiz Universitetlər- 2030 gələcəyə baxış” mövzusunda təqdimatı planlaşdırılıb.
BAAU-nun təmsilçiləri Stokholmda keçirilən seminarda iştirak edirlər - FOTOLAR

Onu da qeyd edək ki, Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” Erasmus+ layihəsinin koordinatoru Bakı Biznes Universitetidir.
BAAU-nun təmsilçiləri Stokholmda keçirilən seminarda iştirak edirlər - FOTOLAR
BAAU-nun təmsilçiləri Stokholmda keçirilən seminarda iştirak edirlər - FOTOLAR


Mirzə li

XƏBƏR LENTİ