Metaschool eTwinning platformasında -FOTOLAR

1 812 25-05-2022, 23:03 cemiyyet

Metaschool eTwinning platformasında -FOTOLAR
Metaschool eTwinning platformasında -FOTOLAR
Bununla bağlı xəbərdar.net'ə R. Quliyev adına Kürdəmir şəhər 5 saylı tam orta məktəbin təsviri incəsənət müəllimi Afaq İsmayılova məlumat verib. O, bildirib ki, təhsil sistemində gənc nəsli gələcək rəqəmsal texnologiyalar dövrünə hazırlamaq üçün, onlara məktəb yaşından , rəqəmsal səriştələrin aşılanması üçün diqqət yetirilməlidir. Bunu nəzərə alaraq son illər ölkəmizdə digər sahələrdə olduğu kimi , təhsil sahəsinin də informasiyalaşdırılması sürətli inkişaf dövrünü yaşayır. Cənab prezident İlham Əliyevin imzaladığı “Azərbaycan 2030: sosial -iqtisadi inkişafa dair Milli prioritetlər” sənədində əsas istiqamətlərindən biri də, məhz dünyada artan rəqabətə hazır olmaq üçün yüksək rəqabətli insan kapitalının formalaşdırılmasıdır. Bunun üçün isə XXI əsrin tələblərinə uyğun müasir təhsil və innovasiyaları təşviq edən münbit şərait əsas şərtlərdir. “ Sevindirici haldır k, şagirdlərimiz dünya təhsil sistemindəki bir çox yeniliklərdən xəbərdardır. Bu da bir müəllim olaraq bizim məsuliyyətimizi daha da artırır. Odur ki bizdə daima axtarışdayıq , təhsilimizdəki yenilikləri və innovasiyaları daim izləyirik, yaradıcı və inkişafyönümlü layihələrdə iştirak etməyə maraq göstəririk. Məktəblilərin gələcəyi üçün yararlı olan məntiqin inkişafına, yeni tex nologiya və rəqəmsal bacarıqları öyrənməyə, bələd olmağa imkan yaradan eTwinning platformasının beynəlxalq “ Metaschool” layihəsi çərçivəsində şagirdləri çalışmalar üzərində işləyərək məlumatlandırırıq. Layihəmizə 7 Türkiyə tərəfdaşları olmaqla Azərbaycandan 1 müəllim mən, 2 tərəfdaş İspaniya, 2 tərəfdaş müəllim Polşa, 2 tərəfdaş müəllim Rumuniya . Layihənin qurucuları Türkiyə tərəfdaşlarıdır, Selçuk Şahin və Elçin Dilşad Yavuz tərəfindən həyata keçirilir. Layihəmizin məqsədi əlçatan və yüksək keyfiyyətli rəqəmsal öyrənmə inkişaf etdirməklə, şagirdlərin rəqəmsal alətlərdən istifadə bacarıqlarını artırmaq və müxtəlif təşəbbüslər vasitəsilə şagirdlərə rəqəmsal bacarıqlar əldə etmək və inkişaf etdirmək imkanı verməkdir . Qarışıq öyrənmə , virtual mühit və fiziki sinif yaratmaqla , şagirdlər məktəbdə işlərini planlaşdıra və evdə resurslar yarada bilərlər. Layihəmizdə 6 modul və bu modulların sonunda şagirdləri motivasiya etmək üçün nişanlar var. Layihə tərəfdaşları layihə fəaliyyətlərini planlaşdırmaq üçün tez-tez fikir mübadiləsi aparırdılar. Şagirdlərdən və valideynlərdən alınan rəylərə uyğun olaraq rəqəmsal platformada nələrə diqqət edilməli olduğunu başa düşdükləri anlaşıldı. Rəqəmsal mühitdə informativ oyunlarla ( Scrach, Learnings app, blockly game, cospaces, abcya.com) şagirdlər həm əyləndilər həmdə öyrəndilər. Layihənin sonunda şagirdlər onlayn görüşdə bir araya gələrək, layihənin loqotipi və puzzle fəaliyyəti ilə poster hazırlayaraq xoş vaxt keçirdilər.
Metaschool eTwinning platformasında -FOTOLAR
Metaschool eTwinning platformasında -FOTOLAR
Metaschool eTwinning platformasında -FOTOLAR

XƏBƏR LENTİ