QƏRAR VERİLDİ: Pakistanın paytaxtına qoşun yeridilir

273 26-05-2022, 12:59 ---

QƏRAR VERİLDİ: Pakistanın paytaxtına qoşun yeridilirPakistan hökuməti paytaxt İslamabadda “qırmızı zona” adlanan əraziyə qoşun yerləşdirilməsi barədə qərar verib.

Xarici media xəbər verir ki, bu barədə məlumatı Pakistanın Daxili İşlər Nazirliyi yayıb.

Məlumata görə, İslamabadda əsas hökumət binalarının yerləşdiyi ərazi “qırmızı zona” adlanır. Sözügedən əraziyə yerləşdirilən qoşun sayı ordu və İslamabad administrasiyası tərəfindən müəyyən ediləcək.

Bu barədə qərar ölkənin keçmiş Baş naziri İmran Xanın istefa verməsindən sonra ölkədə müşahidə edilən etiraz aksiyaları fonunda verilib.

XƏBƏR LENTİ