Ələddin Allahverdiyevin 75 illik yubileyi təntənəli şəkildə qeyd olundu

Ələddin Allahverdiyevin 75 illik yubileyi təntənəli şəkildə qeyd olundu29 may 2022-ci ildə Bakı şəhərində Ələddin Allahverdiyevin 75 illik yubileyi təntənəli şəkildə qeyd olundu. Tədbirdə "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin ən ali mükafatı "Aşıq Ələsgər-200" yubiley medalı, Dünya okeanı və kosmik fəzanın tədqiqatlarında, dəniz seysmik kəşfiyyatı, elektron, müdafiə və tibb sənayesində istifadə olunan cihazların və aparatların yaradılmasında dalğa və rəqs proseslərinin öyrənilməsi üçün riyazi modellərin və metodların yaradılması sahəsində Sovet, Rusiya və Azərbaycan alimi, professor Ələddin Allahverdiyevə ictimai birliyin sədri, Dədə Ələsgərin nəticəsi Xətai Ələsgərli tərəfindən təqdim edildi və fəxri diplomla təltif olundu.
Eyni zamanda 29 may bir neçə əlamətdar təltiflərlə də yadda qaldı. Bildiyiniz kimi, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyinin keçirilməsi ilə bağlı 18 fevral 2021-ci il sərəncamından sonra ölkəmizdə geniş miqyaslı tədbirlər keçirildi. Belə tədbirlərin Gəncə şəhərində keçirilməsində əvvəzsiz xidmətləri olan Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi Fəridə Qədimova, Azərbaycan aşıq poeziyasının inkişafına verdiyi böyük töhvələrə görə, iş adamı Ələsgər Mehdiyev və "Vətən" poeması ilə bütöv Azərbaycan deyən şair, publisist Ramiz Qusarçaylı da ictimai birliyin ən ali mükafatı olan "Aşıq Ələsgər-200" yubiley medalı və fəxri diplomu ilə təltif olundular.
Yubiley tədbirində tanınmış ictimai və elm xadimləri çıxışlar etmiş, yubilyarı səmimi qəlbdən təbrik etmişlər. Azərbaycanın musiqi xadimləri, aşıqlar və muğam ifaçıları bənzərsiz ifaları ilə yubiley tədbirini rövnəqləndirmişlər.

Xeberdar.net


Ələddin Allahverdiyevin 75 illik yubileyi təntənəli şəkildə qeyd olundu
Ələddin Allahverdiyevin 75 illik yubileyi təntənəli şəkildə qeyd olundu

Ələddin Allahverdiyevin 75 illik yubileyi təntənəli şəkildə qeyd olundu

  • 30-05-2022, 08:30
  • 1 340


Oxşar mövzular
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI