Şəhidimiz Quliyev Vaqif Rzaqulu oğlunun 65 illiyinə həsr olunan tədbir keçirilib

978 31-05-2022, 14:06 cemiyyet

Şəhidimiz Quliyev Vaqif Rzaqulu oğlunun 65 illiyinə həsr olunan tədbir keçirilibMay ayının 28 -i Nərimanov rayonunda yerləşən Veteranlar təşkilatında Erməni təcavüzünün tanıdılması ictimai birliyinin sədri Səriyyə Müslümqızı və Dünya ana uşaqlar İctimai birliyinin sədri Dünya xanım Əliyevanın təşkilatçılığı ilə qəhrəman şəhidimiz Quliyev Vaqif Rzaqulu oğlunun 65 illiyinə həsr olunan tədbir keçirilib.Tədbir Azərbaycan respublikasının dövlət himni ilə açılıb ,şəhidlər 1dəqiqəlik sükutla anılıb və tədbirin aparıcısı Aktrisa- müğənni Şəbnəm Turan qonaqlara şəhidin haqqında məlumat verdikdən sonra böyük ekranda şəhidin həyat yolundan bəhs edən sənədli film canlanıb.
Şəhidin həyat yoldaşı və övladı tədbirin təşkil olunmasına görə təşkilatçılara təşəkkür edib , tədbirdə təsirli çıxışı ilə qonaqları təsirləndirib.
Tədbirdə Milli mədəniyyətin təbliği İB-nin sədri filologiya üzrə fəlsəfə doktoru araşdırmaçı Jurnalist Jale xanim Ceferova,
Azerbaycan Dovlet Univeristeti dosent tarix uzre fəlsəfə doktoru Yusif Fərzəliyev,
Vəfa” sosial problemlərin həllinə dəstək İctimai birliyinin sədri Fatimə Hacibəyli,
islamsunasliq kafedrasının müdiri Əhməd Niyazov,
şair publisist Fəxrəddin Meydanlı,
Şəhidin tələbə yoldaşı Bulud Quliyev ,
Doyus yoldaslari Ersad ve Mehemmed,
Sənətşünas Məleykə Alioğlu,Beynəlmiləlçi Əlillər Fondunun Rusiya üzrə nümayəndəsi ehtiyyatda olan polkovnik Muxtar Fərəcov,

İB-lərin sədirləri Elcin Axundzadə,Vüsal Əliyev İştrak edirdi.
İlahiyyat institutunun islamşunaslıq kafedrasının müəllimi Vuqar Səmədov,
Şəhid Seyfulla Məmmədovun yoldaşı Nərgiz xanım və sair çıxış etmışdir.
Dünya qadın ana və uşaqlar İB-nin sədri Dünya xanım şəhidlərin ailələrinə göstərilməli olan diqqətdən ürəkaçan çıxışı ilə alqışlarla qarşılanıb.
Tədbirdə yazar Şəbnəm Turan Vətənim mahnısıyla çıxış edib,gənc xanındə Sevinc Şuşalı ,Aylin Ağayeva musiqilərlə tədbirə rəng qatıb
Xətai rayonu 25 sayli məktəbin şəhid Asef Agayevin adina 5 b sinif şagirdləri kompozisiya ilə çıxış etmişlər.
Sonda Dünya xanım Əliyevaya və Səriyyə Müslümqızı şəhidin əmanəti olan oğluna bayraq hədiyyə etmişlər
Xatırlatma
Quliyev Vaqif Rzaqulu oğlu 28 may 1957-cı ildə Laçın rayonunun İpək kəndində doğulmuşdur. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılmışdır. Xankəndi Pedaqoji İnstitutunun tarix fakültəsini bitirmişdir. Ərdəşəvi kənd orta məktəbində əvvəlcə müəllim, sonra isə direktor işləmişdir. 11 yanvar 1992-ci ildə Laçın Rayon Hərbi Komissarlığından Milli Orduya könüllü getmişdir. Baş leytenant, taqım komandiri 1992-ci il sentyabrın 2-də Ağdərə rayonunun Vəng kəndində gedən döyüşdə qəhrəmancasına həlak olmuşdur. Bakı şəhərindəki Şəhidlər xiyabanında dəfn edilmişdir. Ailəli olub bir övladı yadigar qalmışdır.

Dunyaxeber.org Xüsusi müxbir Yazar Leyla Mətin

XƏBƏR LENTİ