Pakistanda təbii fəlakət zamanı ölənlərin sayı 77-yə çatıb

813 7-07-2022, 13:12 hadise / dunya

Pakistanda təbii fəlakət zamanı ölənlərin sayı 77-yə çatıbPakistanda daşqınlara səbəb olan musson yağışları nəticəsində yaranan təbii fəlakət zamanı ölənlərin sayı 77-yə yüksəlib.

Ən çox itki verən əyalət 39 ölüm faktının qeydə alındığı Bəlucistan olub. Pakistanın iqlim dəyişikliyi naziri Şerri Rəhman verdiyi açıqlamada ölkədə yüzlərlə evin dağıldığını bildirib və baş verənləri milli faciə kimi qiymətləndirib. Pakistan Meteorologiya İdarəsi ölkə daxilində leysan yağışların iyulun 8-dək davam edəcəyini açıqlayıb.

Mənbə: Haber Global

XƏBƏR LENTİ