Havanın temperaturu 44 dərəcəyədək yüksələcək

716 17-07-2022, 12:46 cemiyyet

Havanın temperaturu 44 dərəcəyədək yüksələcəkSabahın hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 23-26° isti, gündüz 33-38° isti, Bakıda gecə 23-25° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-60 % olacaq.
Azərbaycanın rayonlarında yağmursuz hava şəraiti hökm sürəcək. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 37-41°, bəzi yerlərdə 43-44° isti, dağlarda gecə 10-15° isti, gündüz 28-33° isti olacaq.

XƏBƏR LENTİ