İran üçün regionda geosiyasi dəyişikliklər qəbuledilməzdir - Rəisi Paşinyanla danışdı

547 11-08-2022, 12:01 dunya

İran üçün regionda geosiyasi dəyişikliklər qəbuledilməzdir - Rəisi Paşinyanla danışdıİran üçün regionda geosiyasi dəyişikliklər qəbuledilməzdir, Tehran sülh və sabitliyin təmin edilməsi, eləcə də Qafqaz regionunun böyüməsi və inkişafı üçün bütün imkanlarından istifadə etməyə hazırdır.

Qaynarinfo "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı deyib.

İran prezidentinin saytı xəbər verir ki, son vaxtlar regionda vəziyyətin gərginləşməsindən danışan Rəisi üçtərəfli bəyanatın müddəalarına əməl olunmasının zəruriliyini bildirib.

İran prezidenti hesab edir ki, "yerdə qalan məsələlərin dialoq və diplomatiya yolu ilə həlli Qafqazda rahatlıq və təhlükəsizlik yaratmaq üçün ən yaxşı yoldur”.

Raisi iki ölkə arasındakı münasibətləri tarixi və dərin kimi səciyyələndirərək, İrəvan və Tehran arasında davamlı iqtisadi əməkdaşlıq səviyyəsinin artırılmasının vacibliyini vurğulayıb.

Öz növbəsində Ermənistanın baş naziri Nikol Paşinyan İran prezidentini təmas xəttində baş verən son toqquşmalar barədə məlumatlandırıb.

Ermənistan hökumətinin başçısı İrəvanla Tehran arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edərək, Ermənistanın iki ölkə arasında yüklərin tranzitini asanlaşdırmaq və infrastruktur - nəqliyyat və enerji sahəsində əməkdaşlığı genişləndirmək imkanlarını vurğulayıb.

Xatırladaq ki, iyulun 19-da İranın ruhani lideri Əli Xamneyi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə Tehranın Ankara və Bakının İran və Ermənistan sərhədini bağlamaq siyasətinə qarşı çıxacağını bildirmişdi.

XƏBƏR LENTİ