Estoniya və Finlandiya sahil müdafiəsini birləşdirir – “Baltik NATO-nun daxili dənizinə çevriləcək”

507 13-08-2022, 21:08 cemiyyet

Estoniya və Finlandiya sahil müdafiəsini birləşdirir – “Baltik NATO-nun daxili dənizinə çevriləcək”"Finlandiyanın NATO-ya qoşulmasından sonra Estoniya ilə sahil müdafiəsini birləşdirəcəklər. Bu da Rusiya hərbi gəmilərinin Baltik dənizinə çıxışını bağlayacaq".

"AzPolitika.info" xəbər verir ki, bu sözləri yerli mediaya müsahibəsində Estoniyanın Müdafiə naziri Hanno Pevkur deyib. "Estoniya və Finlandiya raketlərinin uçuş məsafəsi Finlandiya körfəzinin genişliyini aşır", - Pevkur bildirib.

Pevkur Finlandiyanın Müdafiə naziri ilə görüşdə ölkələrin müdafiəsini birləşdirmək və məlumat mübadiləsi aparmaqla bağlı razılıq əldə etdiklərini vurğulayıb. Onun sözlərinə görə, birgə raketdən müdafiə sistemi Finlandiya körfəzini Rusiya hərbi gəmiləri üçün bağlayacaq. "Finlandiya və İsveç ittifaqa daxil olandan sonra Baltik dənizi NATO-nun daxili dənizinə çevriləcək", - Pevkur vurğulayıb.

Xatırladaq ki, İsveç və Finlandiya Rusiyanın Ukraynaya müdaxiləsi fonunda bitərəf statuslarından imtina edərək NATO-ya üzv olmaq qərarına gəliblər. Onların alyansa daxil olması təşkilata üzv olan 30 ölkənin hamısı tərəfindən təsdiqlənməlidir. Avqustun 4-nə olan məlumata görə, 23 dövlət yeni üzvlər haqqında
sazişi ratifikasiya edib./"AzPolitika.info"

XƏBƏR LENTİ