Şolts Aİ-yə üzv 3 dövlətin Şengen zonasına daxil edilməsi ilə bağlı çağırış edib

454 29-08-2022, 15:34 dunya

Şolts Aİ-yə üzv 3 dövlətin Şengen zonasına daxil edilməsi ilə bağlı çağırış edib“Xorvatiya, Rumıniya və Bolqarıstan artıq Avropa İttifaqının (Aİ) Şengen zonasının tamhüquqlu üzvü olmaqla bağlı tələblərə cavab verir”.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.

“Xorvatiya, Rumıniya və Bolqarıstan Şengen zonasına tam üzvlüklə bağlı bütün texniki tələblərə cavab verir. Onların tamhüquqlu üzv olmalarını təmin etməyə çalışacağam və həmkarlarımı da əllərindən gələni etməyə çağıracağam”, - o vurğulayıb.

XƏBƏR LENTİ