Azərbaycanın Baş prokuroru İrana səfərə gedib

339 30-08-2022, 11:38 cemiyyet

Azərbaycanın Baş prokuroru İrana səfərə gedibİran İslam Respublikasının Baş prokuroru Məhəmməd Cəfər Montazerinin dəvəti ilə Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Tehran şəhərinə işgüzar səfərə gedib.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, səfər zamanı İranın baş prokuroru, hüquq-mühafizə orqanlarının və məhkəmə hakimiyyətinin rəhbər vəzifəli şəxsləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

XƏBƏR LENTİ