35 tona yaxın süd məhsulu məhv edilib

326 30-08-2022, 14:22 cemiyyet

35 tona yaxın süd məhsulu məhv edilibAzərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istifadəyə yararsız 35 tona yaxın süd məhsullarını məhv edib.

Bu barədə Musavat.com-a AQTA-dan məlumat verilib.

“Sun Food” MMC-nin Agentliyə müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş 34.29 ton çəkidə müxtəlif növ süd və süd məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.

XƏBƏR LENTİ