NASA xəbərdarlıq etdi: Yüz metrlik asteroid Yerə yaxınlaşır

496 12-09-2022, 10:56 dunya

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) sentyabrın 12-də Yerin yanından uçacaq asteroidlə bağlı xəbərdarlıq edib.

Bu barədə NASA-nın mətbuat xidməti məlumat yayıb.

Asteroid ilk dəfə 2008-ci il sentyabrın 8-də kəşf edilib.

Kosmik qayanın diametri demək olar ki, 94 metrdir və o, sentyabrın 12-də 6,7 milyon kilometr məsafədə Yerə mümkün qədər yaxınlaşacaq.

Asteroidin sürəti saatda təxminən 36.720 km-dir.

Uzunluğu 150 metrdən çox olmadığı üçün asteroid potensial təhlükəli kateqoriyasına aid edilməyib. /Oxu.az/

XƏBƏR LENTİ