Vətən müharibəsi qazisi vəfat etdi

426 19-09-2022, 12:20 cemiyyet

Vətən müharibəsi qazisi vəfat etdiVətən müharibəsi qazisi vəfat edib.

Bu barədə Oxu.Az-a onun yaxınları məlumat veriblər.

Qeyd edilib ki, doqquz aydır leykozdan əziyyət çəkən Səmədov Elnur Qalib oğlu dünən gecə saatlarında dünyasını dəyişib.

Bu diaqnoz qaziyə 2022-ci ilin yanvar ayında qoyulmuşdu.

Məlumat üçün bildirək ki, Səmədov Elnur 2020-ci ildə Vətən müharibəsində iştirak etmiş və Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə ayağından yaralanmışdı.

XƏBƏR LENTİ