Ukrayna limanlarından daha 11 gəmi yola düşüb

555 23-09-2022, 19:33 dunya

Ukrayna limanlarından daha 11 gəmi yola düşübGəmilərin göyərtəsində ümumilikdə 201 min ton kənd təsərrüfatı məhsulu var

Sentyabrın 23-də Ukrayna ərzaq məhsulları ilə dolu daha 11 gəmi “Odessa”, “Çornomorsk” və “Cənub” limanlarını tərk edib. AYNA UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna İnfrastruktur Nazirliyi məlumat yayıb.

Bildirilib ki, gəmilərin göyərtəsində ümumilikdə 201 min ton kənd təsərrüfatı məhsulu var və onlar Asiya, Afrika ölkələrinə yola salınıb.

Qeyd olunub ki, “Taxıl dəhlizi” işə başlayandan bəri Ukraynanın 4,58 milyon ton kənd təsərrüfatı məhsulu ixrac edilib. Ümumilikdə avqustun əvvəlindən 203 gəmi Ukrayna limanlarını tərk edib.

Xatırladaq ki, iyulun 22-də Ukrayna, Rusiya, Türkiyə və BMT Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracının həyata keçirilməsi ilə bağlı dördtərəfli saziş imzalayıb. Taxıl daşıyan ilk gəmi avqustun 5-də Odessa limanını tərk edib.

XƏBƏR LENTİ