Zaqatalada yeni doğulan körpə ölüb

975 29-10-2022, 10:56 cemiyyet / hadise

Zaqatalada yeni doğulan körpə ölübZaqatalada yeni doğulan körpə ölüb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, rayonun Yeni Suvagil kənd sakini, 1998-ci il təvəllüdlü Gülsənəm Etimad qızı Zamanova oktyabrın 25-də birinci hamiləliklə doğuş üçün Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

24 yaşlı Gülsənəm Zamanova təbii doğuşla oğlan uşağı dünyaya gətirib. Yeni doğulan körpədə kəskin narahatlıq olduğu üçün doğuşun ertəsi günü müalicə məqsədilə Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Körpə oktyabrın 27-də Bakıda müalicə olunduğu xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xeberdar.net

XƏBƏR LENTİ