Ermənistanın eks-prezidenti ilə bağlı istintaq BAŞLADI

719 1-11-2022, 11:08 dunya

Ermənistanın eks-prezidenti ilə bağlı istintaq BAŞLADIErmənistanın eks-prezidenti Armen Sarkisyanın xarici vətəndaşlığı ilə bağlı istintaq hərəkətləri aparılır.

Bu barədə “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidməti (MTX) bildirib.

"61202621 saylı cinayət işi üzrə Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsi tərəfindən müvafiq istintaq və digər prosessual hərəkətlər aparılır", - məlumatda deyilir.

MTX bu məlumatların açıqlana bilməyəcəyini əsas gətirərək, cinayət prosesi ilə bağlı detalları açıqlamaqdan imtina edib.

Yanvarın 25-də Baş Prokurorluqdan “Sputnik Ermənistan”a bildirmişdilər ki, Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidməti Sarkisyanın respublika prezidenti seçilənədək onun Sent-Kitts və Nevis vətəndaşlığına malik olub-olmaması yoxlanılacaq.

Xatırladaq ki, Ermənistan prezidenti Armen Sarkisyan bu il yanvarın 23-də istefa verib. Bu qərara səbəb kimi Sarkisyan lazımi səlahiyyətlərinin olmamasını göstərmişdi ki, bu da onun sözlərinə görə, prezidentin siyasi proseslərə təsir göstərməsinə imkan vermir.

Ertəsi gün Hetq.am saytı Sarkisyanın ən azı prezident seçilməzdən əvvəl Karib hövzəsindəki kiçik Sent-Kitts və Nevis ştatının vətəndaşlığına malik olması barədə məlumat yayıb. Onun prezident seçilmək hüququ yox imiş.

Nəşrin yazdığına görə, Sarkisyan 500 min dollarlıq sərmayə qarşılığında Karib hövzəsinin Sent-Kits və Nevis ştatının vətəndaşlığını alıb. \\Redaktor

XƏBƏR LENTİ