Beyləqanda bir ailənin 4 üzvü öldürülüb

630 3-12-2022, 10:56 cemiyyet / kriminal

Beyləqanda bir ailənin 4 üzvü öldürülübFuad Cəlilzadə şübhəli şəxs qismində saxlanılıb

Beyləqanda bir ailənin 4 üzvü öldürülüb. Xeberdar.net xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, dekabrın 02-si saat 22 radələrində Beyləqan rayonunun Tatallar kəndi ərazisində 1995-ci il təvəllüdlü Fuad Cəlilzadə aralarında olan düşmənçilik ədavətinə görə bir ailənin 4 üzvünü öldürməkdə şübhəli bilinərək saxlanılıb.

Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

Xeberdar.net

XƏBƏR LENTİ