Naxçıvanda həkimlər almalı olduqları bəzi müavinət və əlavələri niyə ala bilmirlər?

198 27-01-2023, 11:34 cemiyyet

Naxçıvanda həkimlər almalı olduqları bəzi müavinət və əlavələri niyə ala bilmirlər?Teref.az yazır ki, Naxçıvan MR Yolxucu Xəstəliklər Mərkəzinin 47 nəfər əməkdaşı "Gündəlik Naxçıvan" vasitəsi ilə ictimaiyyətə və prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə müraciət ünvanlayıb. Onlar müraciətlərində maaşdan əlavə, almalı olduqları bəzi müavinət və əlavələrdən məhrum olunduqlarını bildiririb, məsələnin araşdırılmasını istəyirlər. Müraciəti təqdim edirik:
"Yolxucu xəstəliklər mərkəzi 2020- ci il Fevar ayındann publik hüquqi şəxs kimi fəaliyyət göstərməsinə baxmayaraq, Naxçıvan MR-nın digər xəstəxanalarında əmək haqqılarının sığortaya görə 50% artım olduğu halda, Yolxucu xəstəliklər Mərkəzinə bu sərəncam şamil olunmayıb. Dəri zöhrəvi xəstəliklər şöbəsi təhlükəli yolxucu xəstəliklərin labarator müayinəsi və müalicəsi ilə məşğul olmasına baxmayaraq, əlavə faizlə də təmin olunmur. Yolxucu Xəstəliklər Mərkəzinin işçiləri sığorta və publik pulu ilə təmin olunmur. Korana xəstələrinin müayinəsi, müalicəsi, qulluğu ilə məşğul olmağımıza baxmayaraq prezidentimizin sərancamı ilə ayrılan müavinətdən yararlana bilməmişik".
Müraciətin sonunda Fuad Nəcəflidən kollektivin şikayətini araşdırılması xahiş olunur.
Müraciətin orijinalını şərh yerində paylaşacağıq.
Naxçıvanda həkimlər almalı olduqları bəzi müavinət və əlavələri niyə ala bilmirlər?
Naxçıvanda həkimlər almalı olduqları bəzi müavinət və əlavələri niyə ala bilmirlər?
Naxçıvanda həkimlər almalı olduqları bəzi müavinət və əlavələri niyə ala bilmirlər?

XƏBƏR LENTİ