Səxavət Bağırov: Vasif Talıbovun ən əzazil məmuru

206 27-01-2023, 15:25 cemiyyet

Səxavət Bağırov: Vasif Talıbovun ən əzazil məmuruAzərbaycanın Şimali Koreyası sayılan Naxçıvan MR-də ən əzazil məmur kimdir? Yəqin ki, bu sual üzrə rəy sorğusu keçirilsəydi, Naxçıvanın poçt işçiləri bir ağızdan deyərdi - ““Naxçıvanpoçt” publik hüquqi şəxsin (PHŞ) direktoru Səxavət Bağırov.

TEREF.AZ yazır ki, hər halda Naxçıvan poçtçularının Ovqat.com-a göndərdiyi şikayət məktubundan belə anlaşılır.

Səxavət Bağırovun əzazilliyinin ən bariz nümunəsi onun idarəyə direktor təyin olunduqdan sonra ayda cəmi 260 manat maaş alan işçilərinə müxtəlif işgəncələr yaşatmasıdır. Məktub müəllifləri yazırlar:

“Vasif Talıbovun, deyərdim ki, ən əzazil kadrı 2019-cu ildən Naxçıvanpoçt PHŞ in direktoru vəzifəsinə təyin olunmuş Səxavət Bağırovdur. O bu vəzifəyə gətirildikdən sonra əməlləri həqiqətən də dəhşət doğurur. Gəldiyi ilk gündən 260 manat minimum əmək haqqı alan işcilərə sözün əsl mənasında işgəncə verən Səxavət Bağırov işcilərin neçə illik işlərindən uzaqlaşdırıb evlərinə daha uzaq məsafədə olan poçt bölmələrinə yerləşdirdi. 260 manat maaş alan işcilərin coxu işə gedərkən 2 avtobus dəyişmək məcburiyyətində qalılar. Səxavət Bağırov ilk işə başlayanda 15-20 ildən çox stajı olan və hətta fəxri adlar qazanmış işciləri təhdid edərək işdən ərizə yazıb çıxmalarını tələb edirdi. Naxçıvanın heç bir idarə və təşkilatında 2 ildə “Naxçıvanpoçt” PHŞ-də olduğu qədər isdən çıxarma faktı qeydə alınmayıb. “Naxcıvanpoçt” PHŞ 3 ildir ki, Səxavət Bağırovun maraqlarına xidmət edir və maraqlısı budur ki, idarə elə bil Səxavət müəllimə holding kimi hədiyyə olunub. Belə ki, sənəd üzərində olan məsələləri çıxsaq, tabe olduğumuz MR Nazirlər Kabineti bir dəfə olsun ora addım atmayıb və işcilərin toplu halda işdən hansı səbəblərə görə çıxarıldığını aydınlaşdırmayıb. Yalnız mərkəzdən çıxan daha doğrusu məcburiyyətdən çıxan işcilərin bəzilərinin adları və iş stajları:

Siyahı

Vüqar Bağırov;

Rəfayə Seyidova;

Nurlana Orucova;

Rza Mirzəyev;

Məmməd Əsgərov;

Röya Daldal;

Zeynəb Əliyeva.

Həmçinin soyadının çəkilməsini istəməyən sabiq işçilər:

Aqşin müəllim,

Gülnarə xanım,

Firəngiz xanım,

Zeynəb xanım,

Arzu muəllim,

Həcər xanım,

Yasin müəllim,

Məhəmməd müəllim və s.

Üstəlik, bütün bu şəxslər yalnız Mərkəzi Poçt İdarəsində işdən çıxarılanlardır. Rayon şöbələrində də vəziyyət fərqli deyil.

Bunların yerlərinə gətirilən işcilərin hansı şərtlərlə vəzifələrinə təyin olunduqları və Nazirlər Kabinetinin bu qədər haqsızlığa niyə göz yumduğunu bilmək bizim haqqımızdı. Çox xahis edirik, şikayətimiz ictimailəşdirilsin və ədalət öz yerini tapsın”.

XƏBƏR LENTİ