"QARAJA DAXİL OLMAĞA HAZIRLAŞANDA..." - Fazil Mustafadan terror aktı ilə bağlı ilk açıqlama

414 29-03-2023, 10:14 kriminal / gundem

"QARAJA DAXİL OLMAĞA HAZIRLAŞANDA..." - Fazil Mustafadan terror aktı ilə bağlı ilk açıqlamaMillət vəkili Fazil Mustafa dünən ona qarşı baş verən hücumun detalları ilə bağlı ilk açıqlama verib.

Xeberdr.net məlumat verir ki, “haqqın.az”-a danışan millət vəkili hadisənin gözlənilmədən baş verdiyini və mözcüzə nəticəsində sağ qaldığını bildirib:

“Pultun düyməsini sıxıb qaraja daxil olmağa hazırlaşırdım. Birdən maşının “podpres”i sındı. Çiynimdə dəhşətli ağrı hiss etdim. Ağrılardan sonra atəş açıldığını anladım, çünki atəş səslərini eşitdim. Qapını açıb düşdüm. Darvazaya tərəf bir neçə addım atanda artıq ikinci güllə mənə dəydi. Ayağımdan yaralandım. Atışma səsinə evdəkilər çıxdılar. Evə gedərək tez qapını bağladım”.

Millət vəkilinin sözlərinə görə, qapını bağlayaraq Təcili yardıma və hüquq mühafizə orqanlarına məlumat veriblər: “Təcili yardım maşınında özümü təhlükəsiz hiss edəcəyim xəstəxanaya aparılmağı xahiş etdim. Amma çox qan itirmişdim. Bədənim əsirdi. Ardını xatırlamıram. Özüm də necə xilas olduğumu anlamıram. Allah saxladı, mözcüzə baş verdi...”

Xeberdar.net

XƏBƏR LENTİ