Rusiya bu şirkəti vuraraq Türkiyəyə mesaj göndərdi

198 13-08-2023, 10:58 dunya

Rusiya bu şirkəti vuraraq Türkiyəyə mesaj göndərdiTürkiyə təyyarələri üçün mühərriklər istehsal edən Ukraynanın “Motor Sich” şirkətini vuran Rusiya Türkiyəyə siqnal göndərib.

Xeberdar.net-in məlumatına görə, bu barədə “Defense Nyus” məlumat yayıb.

Tiflisdən olan təhlükəsizlik və müdafiə üzrə analitik Yevgeni Koqan hesab edir ki, Rusiya Prezidenti Vladimir Putin mahiyyətcə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana deyir: “Bizim dost münasibətlərimizə və bir-birimizə hörmətimizə baxmayaraq, kürəkəninizin (Səlcuq Bayraqdar - red.) Ukraynadakı təşəbbüsü ona baha başa gələcək”.

XƏBƏR LENTİ