Şirvanda qətl: 60 yaşlı kişi öldürülüb

109 5-09-2023, 11:34 hadise

Şirvanda qətl: 60 yaşlı kişi öldürülübBir nəfər şübhəli şəxs qismində saxlanılıb

Şirvanda qətl hadisəsi törədilib. Şirvan Şəhər Prokurorluğundan [i]Xeberdar.net[/i]-ə verilən məlumata görə, sentyabrın 4-də saat 19 radələrində Şirvan şəhər sakini 1963-cü il təvəllüdlü Yavər Bağırovun yaşadığı evdə ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1972-ci il təvəllüdlü Elşən İslamovun aralarında yaranmış mübahisə zamanı tanışı Yavər Bağırova bıçaqla xəsarət yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Elşən İslamov şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam edir.

XƏBƏR LENTİ