Bakıda yataqxanada yanğın olub

103 18-09-2023, 10:22 hadise

Bakıda yataqxanada yanğın olubYaxınlıqdakı mənzillər yanğından mühafizə olunub

Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yataqxana binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 10 ədəd elektrik sayğacı və 10 p.m kabel yanıb.

Bu barədə Xeberdar.net-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

XƏBƏR LENTİ