Onmərtəbəli binada yanğın, sakinlər təxliyə edildi

27 19-09-2023, 22:06 cemiyyet

Onmərtəbəli binada yanğın, sakinlər təxliyə edildiMasazırda onmərtəbəli yaşayış binasınında yanğın olub, 8 nəfər təxliyə edilib.

Bu barədə Xeberdar.net-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Abşeron rayonunun Masazır qəsəbəsində onmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 70 m² olan 2 otaqlı mənzilin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 8 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Qonşu mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.