Ağdamda birmərtəbəli evdə yanğın olub, tüstüdən zəhərlənən var.
Bu barədə Xeberdar.net-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Belə ki, rayonun Quzanlı qəsəbəsində ümumi sahəsi 196 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxində 5 m² sahədə mebel yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.