Təhsil sistemini rəsmən BAZARA DÖNDƏRİBLƏR... - NAZİRLİK İSƏ...

290 25-10-2023, 11:23 gundem

Təhsil sistemini rəsmən BAZARA DÖNDƏRİBLƏR... - NAZİRLİK İSƏ...Günlərdir ki, sosial şəbəkələrdə və sosial mediada 271 nömrəli tam orta məktəb barəsində qalmaqallı məlumatlar yayımlanır. Qeyd edim ki, dərc olunan məlumatlar fərqli şəxslərin sözügedən məktəbin direktor və bəzi müəllimləri barəsindəki narazılıqlarını əks etdirir.

"DogruXeber.az" bildirir ki, ötən həftənin cümə günü Tərlan Babayev adlı istifadəçi tərəfindən yayımlanması üçün, agentliyimizə məxsus "Kanal14" facebook qrupumuza belə bir müraciət göndərilib:

"Sabunçu rayonu Bakıxanov qəsəbəsi 271-nömrəli məktəbdə bizim ailəmizə qarşı bir qrup rüşvətxor müəllimlər tərəfindən təxribata çəkilib. Təhsil nazirliyindən məktəbi dəyişməyə bizə kömək etməsini istəyirik! Səbəb, müəllimlər günündə müəllimlərə rüşvət vermədiyimə görə 2-ci övladıma qarşı Məmmədova Təranə tərəfindən yad münasibət göstərilməsi və övladım Babayev İsanı yanına çağıraraq dur yanımda kim nə etdi mənə de övladım etiraz etsə də üstünə qışqıraraq dur burda deyib. Təranə müəllimə övladıma qışqıraraq deyib ki, burda olanları gedib evdə demə. Övladımı öz sinif yoldaşları qarşısında sındıraraq alçaldıb və psixoloji travmaya məruz qoyub. Müstəqil psixoloquları övladımı yoxlamağa dəvət edirəm. Hüquq mühafizə orqanlarını əzilmiş hüquqlarımızın müdafiəsinə çağrıram!"Təhsil sistemini rəsmən BAZARA DÖNDƏRİBLƏR... - NAZİRLİK İSƏ...
Valideyinin müraciəti ilə əlaqədar qarşı tərəfin də mövqeyini öyrənmək məqsədilə 271 nömrəli tam orta məktəbi ilə telefon əlaqəsi saxladıq. Dəstəyi qaldıran xanıma özümüzü təqdim edib, direktor ilə bizi əlaqələndirməsini xahiş etdik. Xanım bizi bir neçə dəqiqə telefonda gözlətdikdən sonra cavab verdi ki, - "Direktor iclasdadır və xahiş etdi ki, bir saat sonra zəng edəsiniz".
Sağollaşıb dəstəyi asdıqq.

Aradan təqribən 3 saat keçdikdən sonra yenidən zəng etdik. Bu dəfə də dəstəyi həmin xanım qaldırdı və direktorun hələ də iclasda olduğunu dedi.
Sual verdik, - "Artıq üç saat keçib, bu qədər iclasmı olar?"

Xanım cavab verdi ki, "həmin uşağın valideynləri ilə iclaslardadır direktor səhərdən, yaxşı bir dəqiqə gözləyin ".

Qeyd edək ki, biz xanıma zəngimizin məqsədini bildirməmişdik, amma xanım artıq söhbətin kimdən, nədən gedəcəyini anlamışdı. Demək ki, deyilənlər doğru idi.

Əlqərəz...

Bir neçə dəqiqə telefonda gözlədikdən sonra, özünü direktor müavini kimi təqdim edən başqa bir xanım dəstəyi qaldırdı, zəngimizin məqsədini soruşdu. Vətəndaşın narazılığını bildirdik. Xanım cavab verdi ki, "Bura dövlət müəssisəsiddir, bu barədə biz özbaşına heç bir açıqlama verə bilmirik, bizə Təhsil Nazirliyindən cavab gəlməlidir ki, hansı mediaya necə açıqlama verək, ondan sonra mən sizə zəng edərəm."

Lakin, hələ də nə heç bir zəng, nə də açıqlama yoxdur.
Görünür Elm və Təhsil Nazirliyinin bütün təhsil müəssisələrində baş verənlərdən xəbəri var və birbaşa özü bütün bunları ört-basdır etməyə çalışır. Əks halda mətbuata açıqlama verməkdən bu qədər çəkinməzdilər.

Hər halda nazirliyin bu qədər etiraz və narazılıqlar qarşısında susması və təhsil müəssisələrini susdurması belə deməyə əsas verir... //"DogruXeber.az"//

XƏBƏR LENTİ