Azərbaycanda məşhur şirkət müflis oldu - LƏĞV EDİLİR

224 14-11-2023, 10:16 bolge

Azərbaycanda məşhur şirkət müflis oldu - LƏĞV EDİLİR"Yevlax Nəqliyyat” ASC səhmdarlarına müraciət edib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, şirkət səhmdarlarının növbəti illik ümumi yığıncağını keçirəcək.

Yığıncağın keçirilməsi dekabrın 29-na təyin edilib.

Yığıncağın gündəliyinə ASC-nin idarəetmə orqanlarının
2022-ci ilə aid maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatı, illik hesabatların təsdiq edilməsi, ASC-nin idarəetmə orqanlarının seçilməsi və yaranmış maddi çətinliklərlə əlaqədar ASC-nin ləğv edilməsi barədə məsələ daxil edilib.

Qeyd edək ki, ASC uzun müddətdir fəaliyyətini dayandırıb. Şirkət bundan əvvəl də ləğv edilməsi ilə bağlı səhmdarlarını dəfələrlə ümumi yığıncağa dəvət etsə də, bu, təxirə düşüb.

XƏBƏR LENTİ