Həkim göndəriş vermədi, qadın doğuş zamanı öldü

488 7-06-2024, 12:16 cemiyyet / hadise

Həkim göndəriş vermədi, qadın doğuş zamanı öldüBu gecə Zərdab rayonunda qadın doğuş zamanı həyatını itirib.

Xeberdar.net Oxu.az-a istinadla məlumat verir ki, onun hamiləliyi riskli olub.

Qadının ölümə səbəb kimi doğuşdan sonrakı qanaxma göstərilib. Qeyd olunub ki, ana həyatını itirsə də, körpə sağdır.

Eyni zamanda qeyd olunub ki, doğuş zamanı Zərdab Rayon Mərkəzi Xəstəxanasındakı həkim xəstəyə göndəriş vermədiyi üçün onu başqa yerə aparmaq mümkün olmayıb.

Baş Prokurorluqdan bildirilib ki, qeyd olunan faktla bağlı Zərdab Rayon Prokurorluğunda hazırda araşdırma aparılır.

XƏBƏR LENTİ