Ermənistan paytaxtında atışma olub, kriminal avtoritet öldürülüb

422 12-06-2024, 09:42 kriminal / dunya

Ermənistan paytaxtında atışma olub, kriminal avtoritet öldürülübHadisə yerinə polis qrupları cəlb olunub

Ermənistanın paytaxtı İrəvanda atışma olub, Daxili İşlər Nazirliyi hadisəni araşdırır.

Xeberdar.net APA-ya istinadən məlumat verir ki, təxminən yarım saat əvvəl paytaxtın Ajapnyak rayonunda atəş səsləri eşidilib.

Sakinlərin sözlərinə görə onlar avtomobildən açılan avtomat atəşinin səsini eşidiblər. Hadisə yerinə polis qrupları cəlb olunub.

Mətbuatda yayılan bir digər xəbərdə isə İrəvanda baş verən atışma nəticəsində “Faz” ləqəbli kriminal avtoritet Sergey Qriqoryanın öldürüldüyü bildirilir.

XƏBƏR LENTİ