“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi Şamaxı şəhərində tədbir keçirib- FOTOLAR

565 16-08-2024, 16:16 sosial / cemiyyet

“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi Şamaxı şəhərində tədbir keçirib- FOTOLAR

“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi “Şirkətlər arasında insan alveri ilə bağlı məlumatlılığın artırılması, insan alveri və potensial qurbanların sosial reabilitasiyası” layihəsinin icra planına uyğun olaraq 12 avqust 2024-cü ildə Şamaxı şəhərində tədbir keçirib.

"Xəbərdar.net" QHT.az-a istinadən xəbər verir ki, bu barədə “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova məlumat verib. Onun sözlərinə görə, tədbirin məqsədi, insan alverinin qarşısının effektiv alınması və əhalinin həssas təbəqələrinin həyatını yaxşılaşdırmaq üçün özəl sektor, dövlət sektoru və vətəndaş cəmiyyəti təşkilatları arasında tərəfdaşlığın gücləndirilməsi idi.

QHT sədri Gülayə Səfərova tədbirdə çıxışında bildirdi ki, layihəmizin əsas məqsədi insan alverinə qarşı effektiv mübarizədə ortaq məsuliyyəti tanımaq üçün müxtəlif biznes sektorları, dövlət qurumları və vətəndaş cəmiyyəti arasında arasında tərəfdaşlığın gücləndirilməsinə nail olmaqdır.

O, ölkəmizdə İnsan alverinin, xüsusilə qadın və uşaq alverinin, həmçinin məcburi əməyin qarşısının alınması, insan alveri ilə mübarizə, bu tip hərəkətlərə yol verən şəxslərin cəzalandırılması və zərərçəkmiş şəxslərin sosial-psixoloji reabilitasiyası istiqamətində mühüm işlərin görülməsi ilə bağlı tədbir iştirakçılarını məlumatlandıraraq bildirdi ki, dünyada qlobal problem olan insan alveri ilə mübarizə yalnız dövlətin işi deyil. Cəmiyyətimizdə böyük narahatçılıq doğuran bu problemlə mübarizə hərbirimizin işidir. Tədbirdə çıxış edən Şamaxı rayon İcra Hakimiyyətinin nümayəndəsi Səbuhi Həsənov, Şamaxı rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Səbinə Bağırova və özəl sektor nümayəndələri də insan alveri, onun fəsadları və həlli yolarını müzakirə edərək birgə mübarizənin effektivliyindən danışdılar.

XƏBƏR LENTİ