Neftin qiymətini 45 dollara salmaq lazımdır - Kelloq

243 25-01-2025, 08:58 iqtisadiyyat

Neftin qiymətini 45 dollara salmaq lazımdır - KelloqNeftin bir barrelinin qiymətini 45 dollara salmaq lazımdır.

Xeberdar.net Report-a istinadən məlumat verir ki, bunu ABŞ Prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib.

O bildirib ki, yalnız Ukraynaya kömək etməklə Rusiyanı müharibəni dayandırmağa məcbur etmək olmaz:

“Biz neftin qiymətini bir barrel üçün 45 dollara endirməliyik”.

Xüsusi nümayəndənin fikrincə, Rusiya neft sənayəsi ilə bağlı daha sərt tədbirlər görülməlidir:

“Rusiya neft satışından milyardlarla dollar qazanır. Bəs qiyməti barrel üçün 45 dollara endirsək, necə olacaq?”

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp yanvarın 23-də ölkəsinin neft qiymətlərini aşağı salmaq niyyətində olduğunu bildirib.

XƏBƏR LENTİ