Dünya bazarlarında Azərbaycan neftinin qiyməti artıb. Xeberdar.net məlumat verir ki, "Azeri Light" (CIF) markalı neftin 1 barelinin qiyməti 1.09 ABŞ dolları və ya 1.63% artaraq 67.84 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 66.75 ABŞ dolları idi.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.