2025-ci ilin avqust ayında idxal olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 1.6%, əvvəlki ilin eyni ayı ilə müqayisədə isə 25.9% artıb.
Xeberdar.net Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, 2025-ci ilin yanvar-sentyabr aylarında idxal məhsullarının qiymət indeksi ötən ilin müvafiq dövrünə nisbətən 124.8% olub.
Hesabat dövründə ölkəyə idxal edilən ərzaqlıq buğdanın bir tonunun orta qiyməti 381.95 manat təşkil edib.