Neftin qiyməti yüksəldi – “Azeri Light” 66 dolları keçdi

9 Bu gün, 12:17 iqtisadiyyat

Neftin qiyməti yüksəldi – “Azeri Light” 66 dolları keçdiDünya bazarlarında neftin qiymətində artım müşahidə olunur.

Xeberdar.net[/size] məlumat verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,23 dollar artaraq 63,57 dollara çatıb.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neft 0,43 dollar bahalaşaraq 59,08 dollar olub.

Azərbaycan neftinin qiyməti də artıb. “Azeri Light” markalı neft 0,77 dollar (1,18%) bahalaşaraq 66,05 dollar səviyyəsinə yüksəlib.

Məlumat üçün, “Azeri Light” neftinin:

ən aşağı qiyməti 2020-ci il aprelin 21-də — 15,81 dollar,

ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda — 149,66 dollar qeydə alınıb.

XƏBƏR LENTİ