Azərbaycandan Ermənistana yanacaq yola salındı

764 19-12-2025, 10:43 iqtisadiyyat

Azərbaycandan Ermənistana yanacaq yola salındıErmənistana yanacaq daşıyan yük qatarı Böyük Kəsik stansiyasından yola salınıb.

Xeberdar.net "Report"a istinadən məlumat verir ki, 22 vaqona yüklənmiş ümumilikdə 1220 ton "Aİ-95" markalı avtomobil yanacağı "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) yük qatarı ilə axşam saatlarında Ağstafa rayonunda yerləşən Böyük Kəsik stansiyasından Gürcüstana doğru hərəkət edib.

Yük Gürcüstan vasitəsilə Ermənistana çatdırılacaq.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin oktyabr ayında imzaladığı qərarla işğal dövründən bəri qüvvədə olan Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu istiqamətdə daşımalar davam edir.

Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilk dəfə olaraq yerli mənşəli neft məhsulunun Ermənistana tədarükünü həyata keçirib.

XƏBƏR LENTİ