Ermənistanda Sərkisyan əleyhinə müddətsiz etiraz aksiyaları başlanıb –Deputatlar parlamentdə tüstü şaşkası yandırdılar

Ermənistanda Sərkisyan əleyhinə müddətsiz etiraz aksiyaları başlanıb –Deputatlar parlamentdə tüstü şaşkası yandırdılar
“Sarkisyanı rədd edək” cəbhəsi Yerevanda müddətsiz etiraz aksiyası keçirib. Əsas prospektləri bağlayan vətəndaş fəalları Serj Sarkisyanın baş nazir olmasına qarşı çıxıblar.

AZƏRTAC xəbər verir ki, aksiya iştirakçıları Respublika Partiyasının yerləşdiyi ərazidə Tiqran Mets küçəsini bağlayaraq hökumət əleyhinə kəskin şüarlar səsləndiriblər. Etirazçıları ərazidən uzaqlaşdırmağa çalışan polisin cəhdlərinə baxmayaraq, vətəndaş fəalları aksiyanı davam etdiriblər. Etirazçılar bildiriblər ki, 11 gün əvvəl “Çıxış” fraksiyası hökumət əleyhinə “Mənim addımım” yürüşünə başlayıb. Aksiyaya yüzlərlə tərəfdar və vətəndaş təşəbbüsünün iştirakçıları qoşulublar. Onlar 195 kilometr uzunluğunda, 300 min addımlıq yolu qət edərək respublika meydanınadək gedəcəklər. Bu gün saat 18:30-da gecə-gündüz mitinqi başlayacaq. Mitinqin hədəfi parlamentin bütün çıxışlarını bağlamaq üçün yetərincə adam toplamaq və deputatların Serj Sərkisyanın baş nazir olması üçün səs verməsinin qarşısını almaqdır. Əgər Serj Sərkisyanın seçilməsi üçün parlamentin iclası iki dəfə pozularsa, o zaman parlament buraxılacaq və məclisə yeni seçkilər təyin olunacaq. Aksiya iştirakçıları ölkə vətəndaşlarını mühacirətə, durğunluğa qarşı addım atmaq üçün mərkəzi meydanda keçiriləcək mitinqə qoşulmağa çağırıblar. Artıq Yerevan Dövlət Universitetinin tələbələri bu gün keçiriləcək mitinqdə fəal olacaqlarını bəyan ediblər. Bununla bağlı çağırış vərəqələri yayan gənclər polisin təzyiqi ilə üzləşiblər.

“Yelk” partiyasından olan deputatlar isə özünəməxsus etiraz aksiyası keçiriblər. Çıxış üçün parlamentin tribunasına qalxan Ararat Mirzoyan ölkə əhalisini Serj Sərkisyanın baş nazir postuna irəli sürülməsi ilə əlaqədar partiyaları tərəfindən keçiriləcək etiraz aksiyasında iştiraka çağırıb. Sonra o, cibindən tüstü şaşkasını çıxaraq yandırıb. “Yelk” partiyasının digər deputatı Lena Nazaryan da ona qoşulub. Parlamentin binasını tüstü bürüyüb. Deputatlar etirazlarını “bizə Ermənistanı təcrid və məhv edən hökumət lazım deyil” şüari ilə bildiriblər.

Ermənistanda Sərkisyan əleyhinə müddətsiz etiraz aksiyaları başlanıb –Deputatlar parlamentdə tüstü şaşkası yandırdılar

  • 13-04-2018, 14:18
  • 533


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Polisin işə səthi yanaşması Göyçayda avtoxuliqanlıq nəticəsində qəzaların sayının artmasına səbəb olur
  2. Nərimanov rayonunda ““Addım - addım Vətən” adlı düşərgə” layihəsinin növbəti təlimi keçirilib
  3. 14 gün bu metodu etsəniz, virus məhv olar - Türk professordan açıqlama
  4. Temperatur kəskin enir: 2 DEKABRADƏK... - XƏBƏRDARLIQ
  5. “Yaxt klub”da oğurluq olub
  6. Neft yenidən bahalaşıb
  7. Bakıda 15 yaşlı yeniyetmə vəfat etdi
  8. Jurnalistlər Eldəniz Səlimovun məhkəməsinə buraxılmadı
  9. “AzerGold” şefi Zakir İbrahimovun QIZIL KİMİ OĞLU… – NƏ İŞLƏR ÇEVİRİR… FOTO
  10. Nazir müavinləri təbiətin QƏNİMİNƏ ÇEVRİLİB - FAKT BUDUR!
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI