İES-dəki yeni yanğın işıqların sönməsinə təsir edə bilər? –"Azərenerji"dən açıqlama

628 5-07-2018, 16:03 cemiyyet

İES-dəki yeni yanğın işıqların sönməsinə təsir edə bilər? –"Azərenerji"dən açıqlama
Bir neçə gün əvvəl Azərbaycan İES-də baş vermiş partlayışa görə ölkədə işıq probleminin yaranması bu gün səhər saatlarında baş verən yanğından sonra da eyni vəziyyətin yaşanması barədə şübhəni gündəmə gətirib.

Bəzi sosial şəbəkə istifadəçiləri yanğın səbəbindən işıqların yenidən sönəcəyini iddia ediblər.

Məsələ ilə bağlı Axar.az-a danışan “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı bildirib ki, yanğın elektrik enerjisi paylayan şəbəkələrə təsir etməyib:

“Mingəçevir şəhərində Azərbaycan İES MMC-nin ərazisində yenidən yanğın hadisəsinin baş verməsi elektrik enerjisinin verilməsində problem yaratmayacaq. Yəni işıqların sönməsi gözlənilmir”.

Qeyd edək ki, Mingəçevir şəhərində Azərbaycan İES MMC-nin ərazisində bu gün səhər saatlarında yenidən yanğın baş verib. Yanğın 08:46-da söndürülüb.

XƏBƏR LENTİ